“Sürməlu”da baş verən faciəli partlayışdan təxminən 7 ay sonra ticarət mərkəzinin direktoru İrina Mədətova həbs edilib.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 2022-ci il avqustun 14-də İrəvanda “Sürməlu” ticarət mərkəzində baş verən partlayış 16 nəfərin həyatına son qoyub. Hadisədə 60-dan çox erməni müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Seymur Əli