Fələstinin şimalında 4,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Fələstin Geoloji monitorinq mərkəzlərinin məlumatına görə, yeraltı təkanlar İordan çayının qərb sahilinin şimalında və Qalileydə hiss olunub.
10 saniyə davam edən zəlzələ Aralıq dənizinin şərq bölgəsində, 18 km dərinlikdə baş verib.