Pakistanın müdafiə naziri iki qonşu ölkə arasında gərginliyin aradan qaldırılması ilə bağlı Taliban hökumətinin rəsmiləri ilə görüşmək üçün Əfqanıstanın paytaxtı Kabilə gedib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu, elan olunmamış səfər olub.
"Müdafiə naziri Xavaca Məhəmməd Asif yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Kabilə gəlib. Səfər İslamabad və Kabilin bir-birini sərhədlərin idarə olunmasında və terrorçu ünsürlərlə mübarizədə əməkdaşlıq etməməkdə ittiham etdikləri bir vaxtda edilir", - məlumatda deyilir.
Nazir Əfqanıstanın müvəqqəti hökumətinin rəsmiləri ilə təhlükəsizlik məsələlərini, xüsusilə də terrorizmlə mübarizə yollarını müzakirə etmək niyyətindədir.
Ağarza Elçinoğlu