Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı səsvermənin tarixini açıqlayıb.
"Unikal" xəbər verir ki, qanunverici orqanın saytında verilən məlumata görə, görüşlər martın 6-dan 9-dək keçiriləcək.
Qeyd olunur ki, parlamentin Xarici əlaqələr komissiyasında ilkin müzakirə martın 1-nə təyin edilib.
İsveç və Finlandiyanın NATO-ya müraciətləri blokun iki üzvü - Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb. Ankara ilə danışıqların yaxın həftələrdə bərpa olunacağı gözlənilir.