Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” açıq səhmdar cəmiyyətlərinin rəhbərləri də başda olmaqla kollektivlərin 500-dək əməkdaşı ağacəkmə aksiyası keçiriblər.
"Unikal" xəbər veri ki, bu gün Bakının Xocəsən qəsəbəsinin 10 hektar ərazisində keçirilən aksiyada Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növdə 7 minədək ağac əkilib.
Keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək və Ulu Öndərin ənənələrini davam etdirməkdir.