Mingəçevirdə mənzildə meyit aşkarlanıb.
“Unikal”ın məlumatına görə, Mingəçevir şəhər sakini,1980-ci il təvəllüdlü Günel İsayevanın meyiti yaşadığı evin vanna otağında aşkarlanıb. Onun dəm qazından öldüyü bildirilir.
G. İsayeva Mingəçevir şəhər 12 nömrəli orta məktəbdə müəllim işləyirdi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Murad İbrahimli