Bakı şəhərinin Xətai rayonunda üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 4 kv.m sahədə və tavan 6 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.