Braziliyalı supermodel, aktrisa Adriana Lima FIFA azarkeşlərinin ilk qlobal səfiri olub.
"Unikal" xəbər verir ki, o, dünyanın hər yerindən olan pərəstişkarların iştirakı ilə qlobal təşəbbüslərin inkişafı və təbliği ilə məşğul olacaq.
FIFA prezidenti Canni İnfantino modelin azarkeş səfiri təyin olunmasını şərh edib.
“Adriana ilə tanış olanda dərhal onun hərarətini, mehribanlığını, eləcə də oyunumuza necə həvəsli olduğunu hiss edirsən. O, futbolu yaşayır və futbolla nəfəs alır, buna görə də Lima FIFA ilə bütün dünyadakı azarkeşlər arasında çox yaxşı əlaqə ola bilər”, - İnfantino bildirib.
“Mən çox təvazökar bir ailədənəm və futbol azarkeşiyəm. FIFA-nın məni ilk qlobal azarkeş səfiri seçdiyinə və azarkeşlərin oyuna daha da yaxınlaşmasına kömək etmək üçün mənə belə bir platforma verildiyinə görə çox minnətdaram və fəxr edirəm”, - Lima qeyd edib.