Yunanıstanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat dərc edib. 

Ümumilikdə 352 nəfəri daşıyan sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində itkin düşənlər də var. 85 yaralıdan bir neçəsinin vəziyyəti ağır olaraq qalır.

Qəzadan sonra ölkədə 3 günlük matəm elan edilib. Dəmir yolları idarəsinin rəisi həbs olunub. 

***09:04

Yunanıstanda sərnişin qatarı ilə yük qatarı toqquşub. 

"Unikal" xəbər verir ki, bu barədə Yunanıstanın yanğınsöndürmə xidmətinin sözçüsü Vassilis Vatrakoyannisin sözlərinə görə, hadisə nəticəsində 32 nəfər ölüb, 85 nəfər isə yaralanıb. 

Hadisə yerində 150 ​​yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını cəlb olunub.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Ağarza Elçinoğlu