Çin Xalq Respublikasının (ÇXR) bayrağı altında üzən "Yong Xing 56" gəmisi Tatar boğazında batıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gəminin batması nəticəsində xəsarət alan olmayıb.
Gəmidə olan 21 ekipajın hər biri Çin vətəndaşları olub. Onların sağ qalmasına səbəb isə gəminin Saxalin sahilləriin buz tutması olub. Belə ki, ekipaj heyəti növbəti gəmi gələnə gələr buzun üzərində gözləməli olublar. Daha sonra onlar təxliyə edilib.
Ağarza Elçinoğlu