Hövsanda ödəmə terminalından 6 minə yaxın pul oğurlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən digər şəxs – Allahverdi Rzayev də müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.