Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Romaya gedib.
"Unikal" xəbər verir ki, o,bu barədə sosial media hesabında paylaşım edib.Belə ki,eks-müşavirin Ukraynadakı hərbi vəziyyətə və kişilərin ölkədən çıxışının qadağan olunmasına baxmayaraq, Romadan foto paylaşması ukraynalıların hiddədinə səbəb olub.
Sosial mediada sərt tənqidlərə məruz qalan Arestoviç məsələyə aydınlıq gətirib.
O, Ukrayna Lobbi və Biznes Klubunun dəvəti ilə ölkədə işgüzar səfərdə olduğunu açıqlayıb.
"İtaliyanın paytaxtında ukraynalı sahibkarlar və ukraynayönlü lobbiçilərlə görüşməli idim. Bu işgüzar tədbir zamanı Ukraynadakı müharibədən də danışdıq", - deyə o, qeyd edib.
Gülayə Mecid