Rus hakerlər Polşa vergi administrasiyasının Podatki.gov.pl saytına hücum ediblər, lakin onlar Polşa vergi ödəyicilərinin məlumatlarını oğurlaya bilməyiblər.

"Unikal" xəbər verir ki, bu barədə Polşa hökumətinin kiberməkanın təhlükəsizliyi üzrə komissarı Yanuş Cieszinski məlumat yayıb. 

"Hücuma görə məsuliyyət rusların üzərinə düşür, bunu açıq şəkildə bildirmək lazımdır", - Tsieşinski deyib.

O, əlavə edib ki, Polşada yüksək ehtimalla rusların bu işə qarışdığını göstərən məlumatlar var. Rəsmi bildirib ki, kiberhücum bu saytda əhəmiyyətli süni trafik yaratmaq məqsədi daşıyırdı, ona görə də onun işi bloklanıb.