İstanbulda 7,5 bal gücündə zəlzələ zamanı 4,5 milyona yaxın vətəndaşın müvəqqəti mənzilə ehtiyacı ola bilər.
"Unikal" xəbər verir ki, bunu şəhərin meri Əkrəm İmamoğlu bildirib.
Meriyanın zəlzələyə hazırlıqla bağlı planlarının təqdimatında İmamoğlu bildirib ki, bu, qaçılmazdır, lakin təbii fəlakətin baş vermə tarixini dəqiq proqnozlaşdırmaq mümkün deyil.
“Şəhərdə 7,5 bal gücündə zəlzələ baş verərsə, 260 minə yaxın bina zərər görəcək. 4,5 milyon vətəndaşa müvəqqəti mənzil lazım olacaq”, - mer bildirib.
Onun sözlərinə görə, fevralın 6-da baş verən zəlzələlərdən sonra 110 mindən çox insan evlərinin zəlzələyə davamlılığını yoxlamaq xahişi ilə bələdiyyəyə müraciət edib.