Son məlumatlara görə, qəza nəticəsində 40 nəfər ölüb, 85 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, Yunanıstandakı qatar qəzasından sonra Qatar Stansiyasının rəisi həbs edilib.
O, ilk növbədə Tempidə iki qatarın toqquşması ilə nəticələnən faciəvi qəzaya görə məsuliyyət daşıyır.
Qeyd olunur ki, səhər saatlarında həmin şəxs prokurora hadisənin bütün halları ilə bağlı izahat vermək üçün məhkəməyə çağırılıb. Xüsusilə, niyə iki qatar bir saat ərzində eyni relslə əks istiqamətdə hərəkət etdiyi araşdırılır.
Yunanıstanda sərnişin və yük qatarlarının iştirakı ilə baş verən qəzadan sonra 3 günlük matəm elan edilib.