Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "BMW" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov