Macarıstan parlamentinin bir sıra deputatları İsveç və Finlandiyanın NATO-ya qəbuluna veto qoymağı təklif ediblər.
"Unikal" xəbər verir ki, Macarıstanın Mi Hazank (Bizim Vətən) partiyasının nümayəndəsi Elod Novak bildirib ki, çünki bu, təxribat və dünya müharibəsinə doğru addım olardı.
Onun sözlərinə görə, partiya Budapeştin Şimali Atlantika Alyansının genişlənməsinə veto qoymasını müdafiə edən fraksiyalardan yeganədir, çünki bu hərəkət təxribat və dünya müharibəsinə doğru yeni addım kimi qiymətləndiriləcək, neytral zona isə beynəlxalq maraqlara cavab verir .
O qeyd edib ki, partiyanın Finlandiya və İsveçə qarşı heç bir iddiası yoxdur , lakin "Avropanın sülhü və incə tarazlıq yalnız Rusiya və NATO-nun ümumi sərhədinin olmaması və ya praktiki olaraq olmaması şərtilə təmin edilir".
Bundan əvvəl Macarıstan prezidenti Katalina Novak Macarıstan parlamentini Finlandiya və İsveçin NATO-ya üzvlüyünü mümkün qədər tez ratifikasiya etməyə çağırıb .
Fevralın 28-də Finlandiyanın baş naziri Sanna Marin bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasının gecikməsi açıq qapı siyasətini şübhə altına alır və alyansın etibarını sarsıdır. O, bu barədə Şimali Atlantika Alyansının baş katibi ilə birgə mətbuat konfransında bildirib.