Yunanıstanın baş naziri Kiryakos Mitsotakis 38 nəfərin öldüyü dəmiryolu qəzasına insan amilinin səbəb olduğunu deyib.
"Unikal" xəbər verir ki, hökumət başçısı bunu qəza yerinə baxış keçirərkən bildirib.
Larisa şəhərinin dəmiryolu stansiyasının rəisi qəzaya görə təqsirkar olduğunu edyib.
Maşinistlərin həmkarlar təşkilatı bildirir ki, sözügedən mənzildə siqnallaşma sistemi işləmir. 2000-ci ildən bütün işlər əllə aparılır.
Qeyd edək ki, Yunanıstanda baş vermiş qəza zamanı yük və sərnişin qatarı toqquşub. Qəza zamanı sərnişin qatarında 346 nəfər olub və son məlumatlara əsasən 38 nəfər ölüb, 85 nəfər yaralanıb.