Rusiya ordusu yenidən Ukrayna ərazisini raket atəşinə tutub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, ən çox dağıntılar Zaporojye şəhərində qeydə alınıb.
"Təəssüf ki, raket hücumu nəticəsində ölənlər və yaralananlar var. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Terrorçu dövlət xalqımızı hər gün terrora məruz qoymaq istəyir, lakin bizim torpaqlarımızda pislik hökm sürməyəcək. Biz bütün işğalçıları qovacağıq və onlar hər bir əməllərinə görə mütləq cavab verəcəklər", - deyə Ukrayna lideri qeyd edib.