Bakıda evdə yanğın olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.  Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.