ABŞ-da Qlendeyl dairəsindəki mağazalardan birində bir qrup gənc Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, Hökumət Aparatının rəhbəri Arayik Arutyunyana hücum edərək “satqın”, “soysuz” şüarlarını səsləndiriblər.
“Unikal” xəbər verir ki, hücum edənlər ermənilər olub. A.Arutyunyan buna cavabında gəncləri hədələyib. Bildirib ki, onlar Ermənistana gəlsələr, kim olduqlarını öyrənəcək və qisas alacaq.
Ermənistan hökumətinin “Egov.am” saytında aparılan axtarışların nəticələrinə əsasən, yanvar və fevral ayları üçün “Baş nazirin qərarları” bölməsində Arayik Arutyunyanın ABŞ-a ezamiyyətə göndərilmədiyi məlum olub. Qeyd edilir ki, ona məzuniyyət verilməsinə dair qərar yoxdur. Buna görə də A.Arutyunyanın ABŞ-a hansı məqsədlə və hansı məqsədlə getdiyi suallar doğurub.