"Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam və məsuliyyəti üzərimə götürürəm".
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünki iclasında deyib.
Onun sözlərinə görə, bu Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır.
"Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.