Ukraynaya məxsus "SU-24" təyyarəsi özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) ərazisində vurulub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
"Rusiya Aerokosmik Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "SU-24" təyyarəsini vurub", - məlumatda deyilir.
Yenakiyevo şəhər meri Roman Xramenkov vurulan təyyarənin şəhərə düşdüyünü açıqlayıb.
Hadisənin təfərrüatları açıqlanmayıb.
Ağarza Elçinoğlu