Prezidentliyə namizədlə bağlı razılığa gələ bilməyən Türkiyənin müxalif "altılı masa"sı dağılıb.
"Unikal" xəbər verir ki, İYİ partiya sədri Meral Akşener, CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyini qəbul etməyib.
Qeyd edək ki, "altılı masa"nın prezidentliyə namizədlərini seçdikləri, onun mart ayının 6-da açıqlanacağı bildirilirdi. İclasda 5 partiya lider Kılıçdaroğlunun namizədliyini irəli sürsə də, Akşener bununla razılaşmayıb.
O, artıq "altılı masa"dan ayrılmaq qərarını açıqlayıb.
Akşenerin sözlərinə görə, onların namizədi Ekrəm İmamoğlu və Mansur Yavaşdan biri olacaq.
Ağarza Elçinoğlu