Moskvada Sputnik V peyvəndinin yaradıcılarından biri öldürülüb.
"Unikal" xəbər verir ki, paytaxtın şimal-qərbində Roqova küçəsindəki mənzildə 47 yaşlı Andrey Botikov 29 yaşlı tanışı ilə mübahisə edib.
Münaqişə zamanı bir nəfər Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin baş elmi işçisini kəmərlə boğub. Faktla bağlı cinayət işi başlanıb. Şübhəli özünü təqsirli bilib. Andrey Botikov Sputnik V üçün patentin həmmüəllifidir. O, peyvənd hazırladığına görə prezident tərəfindən mükafatlandırılanlar arasında idi.