ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayırıb.
"Unikal" xəbər verir ki, məbləğ təxminən 400 milyon dollardır.
Bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinkenə istinadən verdiyi press-relizdə deyilir.
33-cü paketə HIMARS haubitsaları və MLRS üçün döyüş sursatı, Bradley piyada döyüş maşınları və ponton keçidləri üçün sursat daxildir.
Blinken bundan əvvəl bir neçə dəfə ABŞ-ın Ukraynanı “nə qədər” dəstəkləyəcəyini bildirib.