Xəbər verdiyimiz kimi, Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədov Gəncədə baş verən yol-nəqliyyat hadisəsində həlak olub.
"Unikal"ın məlumatına görə, Ş.Məmmədovu maşınla vuraraq öldürməkdə şübhəli bilinən Xəyal Yolçuyev polis əməkdaşı olub. O, fevral ayında işdən çıxarılıb.
***
Gəncədə avtomobillə piyadanı vurub öldürən polis əməkdaşı imiş.
"Unikal"ın əldə etdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşı Xəyal Yolçuyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2002-ci il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Xəyal Yolçuyev ötən gün Gəncə şəhərində toy məclisində iştirak edib.
Tural Əhmədov
***
09:09
Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurmuş və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.