Bakıda ərzaq mağazasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan ərzaq mağazasında 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 40 m sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.