Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) oliqarx və Tsarqrad telekanalının təsisçisi Konstantin Malofeyevə qarşı sui-qəsdin qarşısını alıb.
"Unikal" xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, oliqarxı maşınında partlatmaq istəyiblər.
FSB sui-qəsdin təşkilatçısını Bryansk vilayətində iki sərhəd yaşayış məntəqəsinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürən Rusiya Könüllülər Korpusunun lideri, rusiyalı Denis Kapustin olduğunu bildirib.
Konstantin Malofeyevin avtomobili istehkamçı robotun köməyi ilə təmizlənib. Belə ki, maşının altına yapışdırılmış şübhəli əşya tapıb.
Gülayə Mecid