Quba şəhərində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m² sahədə qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər (yataq xəstəsi) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.