Saatlı sakinlərində silah-sursat aşkarlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
Tədbirlər nəticəsində rayon sakinləri D.Süleymanovdan və M.Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.