Bakıda "Mercedes" markalı avtomobil yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb