Goranboyda üç yaşlı oğlan uşağı binadan yıxılıb.
"Unikal" "Teleqraf.com"a istinadən xəbər verir ki, hadisə yeni köçkün şəhərciyi bina 4 mənzil 21-də baş verib. Ehtiyatsızlıq nəticəsində 2020-ci il təvəllüdlü Novruzəliyev Əli Musa oğlu çoxmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb.
Dərhal rayon xəstəxanasına çatdırılan yaralı körpə ilkin tibbi yardım aldıqdan sonra təcili Gəncədəki klinikalardan birinə köçürülüb. Vəziyyəti ağır olaraq qiymətləndirilir.