İsmayıllı rayonunda nəqliyyat vasitəsi yanıb.

"Unikal"ın məlumatına görə hadisə bu gün saat 11:30 radələrində İsmayıllı şəhərində qeydə alınıb. Rayon sakini Ələsgərov Əkbər Cəmşid oğluna məxsus 99-EO-623 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı minik avtomobili dayandığı yerdə qəflətən yanmağa başlayıb. Avtomobilin salon hissəsində başlayan yanğın qısa vaxtda genişlənib. Hadisə yerinə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov