Bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında avtomobil yanıb.

"Unikal" Baku.ws-ə istinadən xəbər verir ki, hadisə səhər saat 04:00 radələrində baş verib. Bu zaman "Mercedes Benz" markalı maşın alışıb. 

Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilməyib.