Paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 3 m² olan taxta konstruksiyalardan ibarət gözətçi köşkü yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.