Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və ondulindən ibarət dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.