Şəmkirdə qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 

Qonşular arasında düşən mübahisə zamanı 1979-cü il təvəllüdlü Anar Bədiyev, 1970-ci il təvəllüdlü Asif Qədirov, 1960-cı il təvəllüdlü Akif Sədirov, 1997-ci il təvəllüdlü Babək Şahbazov və 1996-cı il təvəllüdlü Cavanşir Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırıma aparılır.

Tural Əhmədov