Şəkidə qatar yük maşınını vurub.

"Unikal" xəbər verir ki, hadisə səhər saatıarında Yevlax-Balakən dəmir yol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan qatar Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “Qazel” markalı xırdatutumlu yük maşınını vurub.

Qəza zamanı sürücü Z. Məmmədovun yüngül xəsarət aldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli