Tovuzda hoteldən qadın meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonda fəaliyyət göstərən hotellərin birində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır:

“Tovuz Rayon Polis Şöbəsinin və Tovuz Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər. İlkin araşdırma nəticəsində qadının üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Tural Əhmədov