Həftəsonu Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 11-də və 12-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.