Rusiya FTX-nın Rostov vilayətində yerləşən sərhəd idarəsinin binasında yanğın baş verib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb.
***14:14
Rusiyanın Rostov-na-Donu şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd xidmətinin binasında güclü yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, yanğından əvvəl binada partlayış səsi eşidilib.
İlkin məlumata görə, yanğına səbəb sərhədçinin anbarında baş verən partlayış olub.
Gülayə Mecid