Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Varvara Ovçuluq Təsərrüfatının ərazisində nəzarət tədbirləri keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Unikal"a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun Mirabov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”, - o əlavə edib.