Paytaxtda 2022-ci il ərzində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi rayonların adı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat yayıb.
Belə ki, piyadavurmanın daha çox olduğu paytaxt rayonları arasında ilk üçlükdə - 19 hadisə ilə Sabunçu, 18 hadisə ilə Suraxanı, 16 hadisə ilə Binəqədi yer alır.