Martın 15-dən etibarən Türkiyənin yerli istehsal olan tam elektrikli TOGG avtomobili satışa çıxarılıb.

"Unilkal" xəbər verir ki, bundan sonra TOGG şirkəti "Twitter" hesabındakı paylaşımı ilə diqqət çəkib.  Belə  ki, elektromobil satışa çıxarıldıqdan sonra  ilk 4 saat ərzində 7 734 sifariş alıb. 

"Martın 27-nə qədər davam edəcək ön sifariş prosesinin ilk 4 saatında 7734 istifadəçimiz TOGG T10X-i əvvəlcədən sifariş etdi. Bizə etibar etmisiniz. Bu bizim qürurumuzdur”, -  deyə şirkətin paylaşımında qeyd olunub. 

Bildirək ki, şirkət TOGG T10X elektrik krossoverinin bir şarjla 314 km məsafə qət edən standart versiyanın qiymətinin 923 min lirə (48 500 dollar), tək şarjla 523 km məsafə qət edən versiyasının isə 1,215 milyon lirəyə (63,9 min dollar) başa gələcəyini açıqlayıb. 

Gülayə Mecid