Meta Platforması yeni ixtisar mərhələsinə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, şirkətin baş direktoru Mark Zukerberq işçilərlə görüşü zamanı işçilərin ixtisarı və strukturun yenidən qurulması ilə bağlı iqtisadi vəziyyətin uzun illər davam edə biləcəyini deyib.
Bununla da, o 1500 işçinin Metadan ayrıldığını açıqlayıb. Zukerberqin sözlərinə görə, bu ixtisarlar daha çox işçilərin məhsuldarlığı ilə bağlı idi və indikilər maliyyə səbəblərindən və məhsul prioritetlərindən irəli gəlir.