Şəmkirdə yanğın olub.

"Unikal"ın  məlumatına görə, hadisə rayonun yaxınlığında yerləşən istixanaların birində  qeydə alınıb. Rayon sakininə məxsus istixanada anidən yanğın olub. Əraziyə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı istixana və istixanaya bitişik olan yardımçı tikilinin yanar konstruksiyaları, taxta tullantıları yanıb.

Həmçinin, istixanın yaxınlığında olan  300 kv.m sahədə kol-kos yanıb. Yanğın söndürülüb, yaxınlıqda olan bir neçə ev yanğından mühafizə edilib. Baş verən yanğın hadisənin səbəbləri araşdırılır.

Tural Əhmədov