Türkiyədə fevralın 6-da baş verən şiddətli zəlzələlər 11 vilayətdə ciddi dağıntılar törədib.
"Unikal" xəbər verir ki, zəlzələlərin Türkiyə dövlətinə dəymiş iqtisadi ziyanı təxminən 2 trilyon lirə ( təxminən 103,6 milyard dollar) olaraq hesablanıb.
Bu rəqəm 2023-cü il milli gəlir gözləntisinin 9 faizinə bərabərdir.
Prezident yanında Strateji və Büdcə İdarəsinin Türkiyənin Zəlzələdən Bərpa və Bərpa Qiymətləndirmə Hesabatın görə, Kahramanmaraş mərkəzli təbiət hadisəsi 1999-cu il Mərmərə zəlzələsindən 6 dəfə daha çox ziyan və itkiyə səbəb olub.
Ağarza Elçinoğlu