Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün şərtini açıqlayıb.
"Unikal" xəbər verir ki, Ərdoğan Ankarada finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, İsveçlə danışıqlar Alyansın prinsipləri və Türkiyənin terrorla mübarizəyə yanaşması çərçivəsində davam edəcək.
O, prosesin necə inkişaf edəcəyinin birbaşa İsveçin atacağı konkret addımlardan asılı olacağını vurğulayıb.
Ərdoğan İsveçin terrorçulara qucaq açdığını qeyd edib.