İsveçsiz Finlandiyanın NATO-ya üzvlüyü tam olmayacaq.
"Unikal" xəbər verir ki, bunu Ankarada səfərdə olan Finlandiya Prezidenti Sauli Niinistö türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən sonra mətbuat konfransında deyib.
"Türkiyə parlamenti ratifikasiya prosesinə başlayır. Vurğulamalıyam ki, bu, Finlandiya üçün çox vacibdir. Bizim parlamentimiz ötən ilin yazında üzvlük səylərimizi təsdiqlədi. Bizim qonşumuz İsveç də var, bu ölkənin gözəl insanları var, yaxşı qonşu Finlandiyanın üzvlüyü İsveçsiz tam deyil. Bizim ortaq maraqlarımız çox vacibdir, Baltik dənizi və sərhədlərimizlə bağlı xüsusi qeyd etməliyəm. Ancaq mən Vilnüsdə alyansın 32 üzvünü görmək istərdim.
Finlandiya Madriddə razılaşdığımız bütün öhdəlikləri yerinə yetirib. Administrasiyamız Türkiyə ilə yaxın təmasda olub, qarşılıqlı anlaşmamız bu aylar ərzində güclənib. Biz, terrorla mübarizəni necə aparacağımız barədə razılığa gəlmişik. Bütün bu addımlarımız türk dostlarımızı bizim səylərimizə inandırıb”, - Finlandiya Prezidenti qeyd edib.